“Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhələri quraşdırılıb, həmçinin abidələrin elektron xəritələri hazırlanıb”.
Boyukmillet.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat Konfransında deyib.
Onun sözlərinə görə, bu il ölkədə 110 mədəniyyət abidəsinin pasportu və abidələrin mühafizə zonası üzrə 72 layihə təsdiq edilib.