Cümə axşamı , 15 May 2025
Drone Cameras

“Şuşada aksiya iştirakçılarının sayı 500-dən artıqdır”

“Dünən saat 10:30 radələrində başlayan aksiya inkişaf tempiylə davam edir. İştirakçıların sayında ciddi artım var və durmadan artmaqdadır”.  
Boyukmillet.com xəbər verir ki, bu sözləri “Sherg.az”a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, “QHT.az” və “ictimaishura.az” saytlarının rəhbəri Cəsarət Hüseynzadə deyib. QHT rəhbəri bildirib ki, aksiya təqribən 150 qeyri-hökumət təşkilatçısının iştirakı ilə başladılıb: 
“Aksiya barədə mediada informasiya yayıldıqdan sonra dostlarımız, digər QHT-lər də aksiyaya qoşulmaqla bağlı müraciətlər etdilər. Biz də müraciətlərə müsbət yanaşaraq onların da aksiyaya qoşulmasına imkan yaratdıq. Hazırda aksiya iştirakçılarının sayı 500-dən artıqdır. 

Bura QHT nümayəndələri ilə yanaşı, könüllülər və media təmsilçiləri də daxildir. Tələblərimiz hələlik icra olunmayıb. Tələblər onunla bağlıdır ki, Rusiya sülhməramlı kontingentinin nümayəndələri Azərbaycan ekoloqlarının və digər dövlət qurumlarının monitorinqinə mane olmasın və şərait yaratsın.

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …