Şənbə , 1 İyun 2024
Drone Cameras

Şuşada “ASAN xidmət” mərkəzi gələn il fəaliyyətə başlaya bilər

“Şuşada yaradılacaq “ASAN xidmət” mərkəzinin tikinti-təmir işləri gedir”.

Boyukmillet.com xəbər verir ki, bunu Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, mərkəzin növbəti ildə fəaliyyətə başlaması gözlənilir. Azad edilmiş digər ərazilərdə infrastruktur tədbirlərinin həyata keçirildiyini bildirən agentliyin sədri vaxtı gələndə həmin rayonlarda da “ASAN xidmət” mərkəzlərinin yaradılması məsələsinə baxılacağını diqqətə çatdırıb.

Check Also

Ukrayna səfiri: İrpen və Laçın qardaş şəhərlər ola bilər

Ukraynanın İrpen və Azərbaycanın Laçın şəhərləri qardaşlaşa bilər və bu istiqamətdə müvafiq işlər aparılır. Boyukmillet.com xəbər …