Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı oldu

Mayın 10-da Şuşada Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı olub.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma küçələrdə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Heydər Əliyev küçəsinin uzunluğu 1751 metr, eni isə yol yatağına uyğun olaraq 10-14 metr aralığında dəyişir. 8 Noyabr küçəsinin uzunluğu 2912 metr, eni 10 metrdir. Bu küçələr də müasir səviyyədə yenidən qurulacaq, bütün zəruri infrastruktur yaradılacaq.

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …