Şuşada silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə bu günlərdə keçirdikləri tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 6 “Faqot”, 5 ”Muxa”, 1 pulemyot, 1 qumbaraatan, 8 qumbara, 110 müxtəlif növ mərmi, 3 avtomat sandığı, 2 712 müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.