Bazar , 23 Fevral 2025
Drone Cameras

Şuşanın parkları belə olacaq – FOTOLAR


Ölkə başçısının göstərişi ilə Şuşanın Baş Planı üzərində iş çərçivəsində şəhərin yaşıllıq və landşaft strategiyasına xüsusi diqqət ayrılır.

Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq.

Komitə sədri bildirib ki, Şuşanın Baş Planı hazırlanarkən şəhərin tarixi əzəməti əsas götürülür, bütün yeni layihələr tarix ilə müasirliyin vəhdəti üzərində qurulur.

A.Quliyev qeyd edib ki, dünən ölkə başçısı tərəfindən təməli qoyulmuş yeni yaşayış məhəlləsi Şuşanın memarlıq irsindən ilhamlanaraq və ənənəvi şəhərsalma mühitinə uyğun layihələndirilib. /Modern.az/

Check Also

Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində …