Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Təcili:Şuşada etiraz aksiyası:sülhməramlılar “sülhməramlı” missiyasından başqa hər şeyi edirlər-ÖZƏL

Boyukmillet.com xəbər verir ki, sülhməramlılar Şuşada Laçın yolunu bağlayıblar və buna qarşı kəskin etiraz aksiyası başlayıb.

Əsgər ailələrinə dəstək ictimai birliyinin sədri, jurnalist Mətanət Əsgərqızı bildirib ki,bu gün bir qrup ictimai fəal və QHT rəhbərləri ilə Şuşaya gəldik.Bilirsiniz ki, günlərdir ekoloqlar yataqlarda monitorinq aparmaq istəyirlər.Ancaq bu monitorinqə icazə verilmir və biz bu gün biz 100-dən çox QHT rəhbərləri ilə buraya gəldik.Sülhməramlı deyilən şəxslər bizi bura buraxmadılar əksinə, qarşımıza silahla çıxaraq,yolu bağladılar.Artıq 3 saatdan çoxdur biz burdayıq.Lakin hələ də heçkim bizə yaxınlaşıb danışmayıb.Əksinə buraya xüsusi təyinatlılar gətirilib, iriçaplı silahlar,snayperlər var.Əliyalın ictimai fəalların, QHT rəhbərləri ilə yanaşı, bizə ictimaiyyət nümayəndələrindən də qoşulanlar var.Sülhməramlılar bizim üzərimizə gəlirlər.

Hələ vəziyyət qeyri-müəyyəndir,biz burada çadırlarımızı qurmuşuq.Gecə də olsa,bir həftə də olsa,bir ayda olsa biz buranı tərk etməyəcəyik.O zamana qədər ki, özümüzün əzəli torpaqlarımızda bu qeyri-qanuni ekoloji terrorun dayandırılacaq.Biz bu aksiyanı təbii sərvətlərimizin talan olunmasının qarşısının alınması üçün edirik.

Çox təssüf ki, burada hərbi polis adı ilə ermənilər də var.Biz dil bildiyimizdən onlarla təmasa girmək istəyəndə onlar üzlərini gizlədirlər.

2 saatlıq tələblərimizdən sonra bizim üzərimizə gələn ağır texnikalı silahları, nisbətən yüngülü ilə əvəz etdilər.

Ancaq çox təəssüf ki, hələ də mülki insanlara qarşı olan silahları əllərində sipər çəkərək dayanıblar. Onlar çalışırlar ki,bizi sıxışdırsınlar.

Biz öz torpağımızda rahat hərəkət edə bilmirik.Mən belə düşünürəm ki,bu hadisələri dünya mətbuatına çatdırmaq lazımdır. Çünki burada bizim mədənlərimiz istismar olunaraq daşınır.Və çox təəssüf edirəm ki, sülhməramlılar “sülhməramlı” missiyasından başqa hər şeyi edirlər və onlar əslində Azərbaycanlılara qarşıdırlar,biz bunu hərəkətlərindən və silahlarından görürük.

Biz sübut etdik ki, bizim əlimizdə heç bir silah yoxdur.Bəs niyə onlar bu silahlarla bizim qarşımıza çıxmalıdırlar?

Sülhməramlıdırlarsa, niyə onlar ancaq qarşı tərəfin tərəfini saxlayırlar?Ermənilər bizim Azərbaycan vətəndaşıdırlar?Onlar burda yaşayıb-yaradıblar və yaşayırlar da.Bir şərtlə ki, Azərbaycanın qanunları çərçivəsində hərəkət etməlidirlər.Ermənilər bizimlə üzbəüz durub bizə gülməklə məşğuldurlar.

44 günlük vətən müharibəsində Azərbaycan oğulları onlara özünün ”dəmir yumruğunu”göstərdi.

Görünür onlara bu bəs etmədi.Bizim dəmir yumruğumuzun onlara yenə ehtiyacı var.Biz başqa şey istəmirik, bizim bugünkü tələbimiz ekoloji terrorun dayandırılması və orada Azərbaycan ekoloqlarına şəraitlərin yaradılması barədə işlərin aparılmasıdır.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …