Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Tələbələr təhsil kreditinin şərtlərindən narazıdırlar – VİDEO

Noyabrın 25-dən Azərbaycanda təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Bu kredit dövlət dəstəyi ilə çox aşağı faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə veriləcək.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, tələbə təhsil kreditlərinin verilməsində bir sıra məhdudiyyətlər var. Onun sözlərinə görə, qiyabi təhsil alan tələbələr həmin kreditlərdən yararlana bilməyəcək: “Həmçinin kreditlərin verilməsi üçün olan şərtlər də kifayət qədər ağırdır”.

Çıxış yolunu faizlərin azaldılmasında görən ekspert vurğulayıb ki, Azərbaycanın hazırda 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır və onlardan 124 mini ödənişli əsaslarladır: “Məhdudiyyət və kəsrləri nəzərə alsaq, yalnız 56 min tələbə kredit almaq üçün müraciət edə bilər”.

Təhsil nazirinin müavini İdris İsayev isə qiyabi oxuyan tələbələrin əmək bazarında işləyib pul qazana biləcəklərini vurğulayıb.

O bildirib ki, əyani təhsil alan tələbələrin işləmək və gəlir əldə etmək imkanları yoxdur: “Ona görə də kreditlər sırf həmin tələbələr üçün nəzərdə tutulub. Həm də ölkədə qiyabi təhsil alanların sayı elə də çox deyil. Belə ki, ölkədə 266 min tələbə təhsil alırsa, bunun yalnız 13-15 mini qiyabi oxuyur. Bu da xüsusi çəkiyə malik deyil və əksəriyyəti də işləyir”.

Yaşı 18-dən az olan tələbələrin təhsil krediti alması üçün müraciət formasına gəlincə, nazir müavini vurğulayıb ki, bu sahədə sadələşdirmə olacaq.

İ.İsayev söyləyib ki, sadələşdirmədən sonra yaşı 18-dən az olan tələbələr notarial qaydada təsdiq edilən ərizənin nömrəsini və şəxsiyyət vəsiqəsinin FİN kodunu sistemə daxil etməklə bu xidmətdən yararlana biləcəklər.

Operator: Vüqar Xanlarov

Montajçı: Məhəmməd Ağayev

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …