Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

“Tərtər işi”: İşgəncələr nəticəsində ölən şəxslərdən birinin meyiti ekshumasiya edilib

2017-ci ilin may-iyun aylarında “Tərtər işi” ilə bağlı işgəncələr nəticəsində ölən şəxslərdən birinin meyiti ekshumasiya edilib.

Boyukmillet.com xəbər verir ki, əvvəlki istintaq zamanı işgəncələr nəticəsində ölməsi müəyyən edilən şəxslərdən əlavə Təmkin Nizamioğlunun da işgəncələrə məruz qalması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə sübutlar əldə edildiyindən, onun meyiti ekshumasiya olunub və keçirilən məhkəmə-tibbi ekspertizasının rəyi ilə də bu hal təsdiq olunub.

Cinayət-prosessual qanunvericiliyə uyğun olaraq qeyd edilən şəxsin yaxın qohumunun zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması təmin edilib.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …