Bazar , 29 Mart 2026
Drone Cameras

Tacikistan Kişineudakı terror aktına görə Moldovaya nümayəndə heyəti göndərib

Tacikistan Kişineu hava limanında baş vermiş insidentlə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarını Moldovaya göndərib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik əlavə edib ki, Kişineu hava limanında Tacikistan vətəndaşı Rüstəm Aşurovun iştirakı ilə baş vermiş insidentdən sonra Tacikistan Baş Prokurorluğunun və hakimiyyət orqanlarının nümayəndələri Moldovadakı həmkarları ilə daim əlaqə saxlayırlar.

Xatırladaq ki, iyunun 30-da axşam saatlarında Kişinyov hava limanında atışma olub, iki nəfər həlak olub. Ölənlərdən biri sərhəd polisinin əməkdaşıdır.

Moldova prokurorluğu bir neçə nəfərin ölümünə səbəb olan terror aktı maddəsi ilə cinayət işi başladıb.

Check Also

Tramp: İranda zərbə endirməli olduğumuz 3 500-dən çox hədəf qalıb

ABŞ hərbçiləri İranda hələ 3 500-dən çox hədəfi vurması lazımdır. Boyukmillet.com-un məlumatına görə, ABŞ Prezidenti …