Bazar , 23 Fevral 2025
Drone Cameras

Taekvondo üzrə Azərbaycan çempionatında yenilik ediləcək

Yeniyetmələr, gənclər və böyüklər arasında keçiriləcək taekvondo üzrə Azərbaycan çempionatında hər klubdan eyni çəki dərəcəsində 2 idmançının iştirakına icazə veriləcək.

Boyukmillet.com-un məlumatına görə, bu barədə Azərbaycan Taekvondo Federasiyasının rəsmi feysbuk səhifəsi xəbər yayıb.

Bildiirlib ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimi davam etdiyindən zona, şəhər birincilikləri keçirilməyib: “Bu amilin məşqçi və zona rəhbərlərinə idmançı seçimi etməkdə çətinlik yaradacağını nəzərə alaraq, federasiyanın İdarə Heyəti və Hakimlər Komitəsi respublika çempionatında hər klubdan eyni çəki dərəcəsində 2 idmançının iştirakına icazə verilməsini qərara alıb”.

Qeyd edək ki, taekvondo üzrə Azərbaycan çempionatı 30 noyabr – 5 dekabrda təşkil olunacaq.

Check Also

Azərbaycanın daha üç taekvondoçusu Türkiyədə medal qazanıb

Azərbaycanın daha üç taekvondoçusu Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish …