Bazar , 15 Noyabr 2026
Drone Cameras

Tailand Kamboca ilə sərhədi bağlayır

Tailand iki ölkə arasında münaqişənin kəskinləşməsi fonunda Kamboca ilə sərhədi müvəqqəti olaraq bağlayıb.

“Report”un “Reuters”ə istinadən məlumatına görə, may ayının sonunda baş verən silahlı toqquşma nəticəsində Kamboca hərbçisi həlak olub.

Bu hadisə dövlətlər arasında münasibətlərin pisləşməsi üçün başlanğıc nöqtəsi olub. Cavab olaraq Kamboca Tailand yanacağı və qazının idxalını dayandırıb.

Tailand hərbçilərinin bəyanatına əsasən, məhdudiyyət Kamboca ilə həmsərhəd olan yeddi əyalətdəki bütün sərhəd-keçid məntəqələrinə aiddir. İstisnalar yalnız humanitar məqsədlər üçün – xəstələr, tələbələr və təhlükəsizlik xidmətlərinin qərarı ilə təcili hallarda nəzərdə tutulub.

“Məhdudiyyətlər cari təhlükəsizlik vəziyyətinə, xüsusilə həm siyasi, həm də hərbi və diplomatik aspektlərdə kəskinləşən münaqişəyə uyğundur”, – bəyanatda deyilir.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …