Bazar , 29 Mart 2026
Drone Cameras

“Taliban”: “Əfqanıstanın keçmiş xarici işlər naziri ölkəyə qayıdacaq”

Keçmiş Əfqanıstan hökumətinin xarici işlər naziri Məhəmməd Hənif Atmar ölkəyə qayıdacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı “Taliban” nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hərəkatın nümayəndələri keçmiş xarici işlər naziri Hanif Atmarla əlaqə saxlayıb və o, Əfqanıstana qayıdacaq.

Qeyd edək ki, Hənif Atmar 2020-ci ilin aprelin 4-dən Əfqanıstanın xarici işləri naziri olub və bu ilin avqustun 15-də vəzifə səlahiyyətlərini dayandırıb.

Check Also

Tramp: İranda zərbə endirməli olduğumuz 3 500-dən çox hədəf qalıb

ABŞ hərbçiləri İranda hələ 3 500-dən çox hədəfi vurması lazımdır. Boyukmillet.com-un məlumatına görə, ABŞ Prezidenti …