Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

“Taliblər” Əfqanıstanın Vardak əyalətinin paytaxtını nəzarət altına alıblar

“Taliban” hərəkatının döyüşçüləri bildiriblər ki, Əfqanıstanda daha bir inzibati mərkəzini – Kabildən 46 kilometr məsafədə yerləşən Vardak əyalətinin paytaxtı Maydanşəhri tutublar.

Boyukmillet.com xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Zabiullah Mücahid özünün tvitterdəki hesabında yazıb.

Onun açıqlamasına əsasən, qubernator administrasiyasının binası, polis bölməsi, mərkəzi həbsxana “taliblər”in nəzarəti altına keçib. Qeyd edilir ki, hökumət ordusunun silahlıları Kabilə qaçıb.

Maydanşəhr paytaxt Kabildən 45,7 kilometr cənub-qərbdə yerləşir.

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …