Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

“Taliblər” Kabil sakinlərindən silah-sursatları təhvil verməyi tələb ediblər

Avqustun 15-də Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatı paytaxt Kabilin sakinlərinə silah-sursatları, həmçinin dövlətə aid olan avtomobilləri bir həftə ərzində təhvil verməklə bağlı xəbərdarlıq edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə 1TV telekanalı bildirib.

Məlumata görə, döyüşçülər sakinləri silahları könüllü vermək tələblərinin rədd edildiyi təqdirdə ciddi tədbirlərin görüləcəyi ilə bağlı hədələyiblər. “Taliblər” bunun zəruri olduğunu bildiriblər.

Qeyd edək ki, “Reuters” agentliyi də bir neçə gün əvvəl “taliblər”in analoji tələbləri haqqında bildirib.

Check Also

ABŞ hərbi bazalarını avtonom fəaliyyətə hazırlayır

ABŞ Müdafiə Nazirliyi ölkə ərazisindəki hərbi bazaları mümkün böyük münaqişə şəraitində ən azı 90 gün …