Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Tanınmamış dövlət hərbi texnika daşıyan Türkiyə gəmisini ələ keçirib

Somali hökuməti üçün hərbi texnika daşıyan türk yük gəmisi ələ keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Somali Guardian” və “Maritime Executive” nəşrləri yazır.

Bildirilir ki, gəminin ələ keçirilməsinə görə məsuliyyəti öz üzərinə tanınmamış “Puntland dövləti” götürüb.

Gəmidə müasir zirehli döyüş maşınları, zenit topları və digər silahlar aşkarlanıb.

Gəminin saxlanıldığı dəqiq yer hələlik açıqlanmır.

Somalinin şərq hissəsində yerləşən Puntland 1998-ci ildə özünü “muxtar dövlət” olaraq elan edib.

Somali hökuməti hələlik məsələyə münasibət bildirməyib.

Bu hadisə Moqadişo və Puntlend arasında dərinləşən siyasi böhran fonunda baş verib. Cari həftənin əvvəlində Puntlend Somali hökumətini ölkənin şərqində “Puntlend silahlı qüvvələri” ilə toqquşmalara girən döyüşçüləri səfərbər etməkdə ittiham edib.

Türkiyə Somali hökumətinin əsas tərəfdaşlarından biridir.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …