Şənbə , 4 May 2024
Drone Cameras

Tanınmış səyahətçilər Azıx mağarasında olublar

“Club 100” təşkilatının 30-dan çox səyahətçidən ibarət nümayəndə heyəti Xocavənd rayonunun Azıx mağarasında olub.

Boyukmillet.com xəbər verir ki, səyahətçilərə mağaranın tarixi haqqında ətraflı məlumat verilib.

Turistlərə Məmmədəli Hüseynovun 1968-ci ildə burada aşkar etdiyi qədim insan qalıqlarının unikal tapıntı olduğu və işğal dövründə ermənilərin qiymətli artefaktları qeyri-qanuni yolla çıxarmaqla beynəlxalq konvensiyaları pozduqları bildirilib.

Azıx mağarası Azıx kəndi yaxınlığında, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən altı mağaradan ibarət kompleksdir. Azıx mağarası Xocavənd rayonu ərazisində Quruçay çayının sol sahilində, Tuğ kəndindən 3 km şimal-şərqdə, Füzuli şəhərindən 14 km şimal-qərbdə yerləşir.

Xatırladaq ki, mayın 11-də İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyəti burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra burada aparılan böyük quruculuq işləri ilə tanış olacaq.

Daha əvvəl ETIC, MTP, TCC, “NomadMania” kimi dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil edilib. Artıq ötən 2 il ərzində Qarabağ və Şərqi Zəngəzura 6 səfər təşkil olunub.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “qara turizm” (“black tourism”) çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Check Also

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir. Boyukmillet.com …