Şənbə , 4 May 2024
Drone Cameras

Tanınmış səyahətçilər Füzulidə aparılan bərpa işləri ilə tanış olublar

İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının 30-dan çox üzvündən ibarət nümayəndə heyəti Füzuliyə səfər edib.

Boyukmillet.com xəbər verir ki, qonaqlar Ermənistanın işğal dövründə bu ərazilərdə törətdiyi dağıntılarla tanış olublar.

Səyahətçilərə “Böyük qayıdış” dövlət proqramı, eləcə də bərpa işlərinin gedişi barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Füzuli kənd təsərrüfatının inkişafı üçün əlverişli rayondur.

Nümayəndə heyəti Azərbaycan hökumətinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və işğaldan azad edilmiş ərazilərdə işlə təmin olunmasını diqqət mərkəzində saxladığı barədə məlumatlandırılıb. 

Xatırladaq ki, mayın 11-də İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Səyahətçilər üç gün ərzində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək, Ermənistanın işğal dövründə törətdiyi dağıntılar və aparılan böyük quruculuq işləri ilə yerində tanış olacaqlar.

Check Also

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir. Boyukmillet.com …