Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Tanınmış səyyahlar qrupunun işğaldan azad edilən ərazilərə səfəri başa çatıb

İyirmi bir ölkənin tanınmış səyyahlarından ibarət qrupun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başa çatıb.

Boyukmillet.com xəbər verir ki, səfərin sonuncu günü səyyahlar azad olunan ərazilərdə aparılan bərpa işləri və Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı şəhər” konsepsiyası, həmçinin Zəngəzur dəhlizinin Zəngilan rayonu ərazisindən keçən hissəsində dəmir yolunun bərpası üzrə görülən işlərlə tanış olublar.

Dəmir yolu xətti ilə tanışlıq zamanı onlara Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyəti barədə məlumat verilib.

Qeyd edək ki, 3 günlük səfər zamanı səyyahlar Füzuli-Şuşa-Ağdam-Kəlbəcər-Laçın dəhlizi-Qubadlı-Zəngilan marşrutu üzrə işğaldan azad edilmiş ərazilərdə olublar.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …