Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Tarixdə bu gün: Şəhid Müşfiq Orucovun doğum günüdür

Bu gün 2016-cı ilin aprel döyüşlərində şəhid olan əsgərimiz Müşfiq Orucovun doğum günüdür.

Boyukmillet.com xəbər verir ki, Müşfiq Orucov 18 sentyabr 1994-cü ildə Bakıda anadan olub. Ailəsi Zəngilan rayonundan məcburi köçkündür. 7 saylı Zəngilan orta məktəbini bitirən Müşfiq yüksək bal toplayaraq Azərbaycan Texniki Universitetinə qəbul olub.

2015-ci ilin iyul ayında hərbi xidmətə yola düşən Müşfiq aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-də şəhid əsgərimiz böyük izdihamla Bakıda Dədə Qorqud qəbristanlığında dəfn edilib.

Şəhid Müşfiq Orucov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Check Also

Azərbaycanda ədliyyə orqanlarının yaranmasından 105 il ötür

Noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür Noyabrın 22-də Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 105 illiyi …