Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Tofiq Yaqublunun apelyasiya şikayətinə bu gün baxılacaq

Tofiq Yaqublu barəsindəki hökmdən verilən şikayətə bu gün Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

Onun sözlərinə görə, 28 sentyabr 2020-ci il tarixə təyin edilmiş apelyasiya şikayətinə ilkin baxış iclası ləğv edilib:

“İlkin baxış iclası bu gün saat 16:00-da olacaq. Şikayətə bu gün saat 16:00-da hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq”.

Həmçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də bu gün baxılacaq.

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …