Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Tatarıstanda Azərbaycan diaspor üzvləri mükafatlandırılıblar

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Təşkilatının rəhbəri Ramiz Məmmədov və xanımı İlhamə Cəmilova “Sevgi və sədaqətə görə” medalı ilə təltif edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tatarıstanın Respublika Günü münasibətilə təşkil olunmuş bayram tədbirində çıxış edən Leninoqorsk bələdiyyəsinin rəhbəri, Leninoqorsk şəhərinin meri Ryaqat Hüsainov bildirib ki, şəhərin ictimai həyatında fəallıq göstərən, 25 il bir yerdə yaşayıb layiqli övladlar yetişdirən, Tatarıstanın inkisafına xidmətlər göstərən ailələr “Sevgi və sədaqətə görə” medalına layiq görülüblər.

Mer 31 il əl-ələ verərək Azərbaycan dilini, tarixini, mədəniyyətini və ənənələrini qoruyub gənc nəslə ötürən, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Məmmədovlar ailəsinə – Ramiz Məmmədov və xanımı İlhamə Cəmilovaya medalı təqdim edib.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …