Bazar ertəsi , 6 May 2024
Drone Cameras

TDƏŞ rəsmisi: “Türkdilli ölkələrin iş adamları Qarabağın bərpasında iştirak etmək istəyirlər”

“Azərbaycanda olduğumuz üçün xoşbəxtik”.

Boyukmillet.com xəbər verir ki, bunu Ağdamda səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibinin köməkçisi Ömər Kocaman jurnalistlərə açıqlamasında deyib.

“Bildiyiniz kimi, ötən gün TDƏŞ olaraq Bakıda iqtisadiyyat nazirlərinin 10-cu görüşünü reallaşdırdıq və biznes-forum keçirdik. Bu gün isə iş adamlarımız, nazirin köməkçisi, səfirlərimiz, Türkiyə, Qazaxıstan, Qırğızıstandan və Özbəkistandan olan rəsmilərlə birlikdə bu bölgədəyik. Qarabağın yenidən qurulmasında türkdilli ölkələrin adamları da rol oynamaq istəyir. Bu baxımdan, səfərin əhəmiyyətli nəticələrinin olacağına inanıram. Bir daha Azərbaycan xalqını və onun Prezidenti İlham ƏIiyevi bu qəhrəmanlığa görə təbrik edirik. İşğal altındakı torpaqların azad edilməsindən və bu ziyarətin reallaşmasından böyük qürur duyuruq”, – deyə, o qeyd edib.

Check Also

Cahit Bağçı: “TDT-ya üzv ölkələrin ticarət dövriyyəsi 42 milyard ABŞ dolları dəyərindədir”

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrinin ticarət dövriyyəsinin ümumi həcmi 42 milyard ABŞ dolları dəyərindədir və …