Cümə axşamı , 6 Mart 2025
Drone Cameras

Tehranda Türkiyə-İran-Azərbaycan XİN başçılarının toplantısı keçiriləcək

Tehran Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti toplantısına ev sahibliyi edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, tərəflər görüşü bu il ərzində keçirmək istəyir. Lakin Çavuşoğlu görüşün dəqiq tarixini açıqlamayıb.

Türkiyə və İranın ətraf mühitlə bağlı birgə fəaliyyətinin zəruriliyinə diqqət çəkən nazir iki ölkənin mütəxəssislərinin bir araya gələcəyini bildirib.

Çavuşoğlu əlavə edib ki, Türkiyənin İranla köklü və tarixi əlaqələri var, bu əlaqələri hər sahədə genişləndirmək və hər iki ölkəyə fayda verəcək şəkildə inkişaf etdirmək əzmindədirlər.

Check Also

Pakistan Azərbaycanla 2 milyard dollarlıq investisiya sazişlərinin hazırlanması üçün komitə yaradıb

Pakistanın Baş naziri Şahbaz Şərif Ticarət Nazirliyinə Azərbaycanla ticarət dövriyyəsinin 2 milyard dollara çatdırılması üçün …