Çərşənbə , 18 Mart 2026
Drone Cameras

“TikTok”da qeyri-etik paylaşımlar edən şəxs həbs edildi – FOTO

“TikTok” sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik və qeyri-etik paylaşımlar edən, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayan 1992-ci il təvəllüdlü Elsevər Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Boyukmillet.com xəbər verir ki həmin şəxs “Eliş 020” adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyd edilən paylaşımları edib. E.Nəbiyev saxlanılan zamanı ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb. 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb və E.Nəbiyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barısində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, E.Nəbiyev bundan əvvəl də oxşar əməllərə görə dəfələrlə həbs edilib.

Check Also

Naxçıvanda DÖVLƏTİN subsidiyalı gübrəsi BAZARDA SATILIR… – BU NƏDİ BELƏ?

Naxçıvanda fermerlər üçün nəzərdə tutulan subsidiyalı gübrənin bazarda satıldığı bildirilir. Fermerlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, …