Çərşənbə , 1 Yanvar 2025
Drone Cameras

Tiktokerlərin həbsi: “Hakimiyyət sosial şəbəkələrə nəzarəti gücləndirir”

“Qadağalar, həbslər və sosial mühəndisliklə məşğul olmaq, “yel dəyirmanı” ilə savaşmaq kimi bir şeydir”

Son bir həftədə Azərbaycanda 10-dan çox “TikTok” istifadəçisi həbs olunub.

Daxili İşlər Nazirliyindən bildirilir ki, onlar “TikTok”da əyləncə yarışları təşkil etməklə əxlaqsızlığın təbliği ilə məşğul olurlar.

Sonradan həbs olunanların bəzilərinə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – xeyli miqdarda törədildikdə) və 244-1 (qumar oyunlarının təşkili) maddələrilə ittiham irəli sürülüb.

Onların bəzilərinə isə narkotik ittihamı verilib.

Tiktokerlərin kütləvi həbsini hakimiyyətin sosial medialara qarşı apardığı repressiya trendi kimi qiymətləndirənlər, həmçinin bunun ifadə azadlığına qarşı olduğunu deyənlər də var.

Bəs bu həbslərin arxasında hansı məqsəd dayanır?

Hüquqşünas Xalid Bağırov Meydan TV-yə deyir ki, Azərbaycanda primitivliyin trend olmasının səbəbi ölkədə ciddi müzakirə aparmaq istəyənlərin həbsi, bu mövzuların qadağan edilməsi və ya özünə senzura tətbiq edilməsi nəticəsində yaranıb.

O əlavə edir ki, Azərbaycanda hüquq normalarını polis müəyyən etmir:

Xalid Bağırov, foto: Meydan TV
Xalid Bağırov, foto: Meydan TV
“Bəziləri elə başa düşəcək ki, mən primitivizmin qadağan edilib, intelektuallığın təbliğ edilməsinin tərəfdarı kimi danışıram. Yox, ölkədə hər kəsə azadlıq hüququ tanınmalıdır: primitivlərə də, intelektuallara da. Hər zaman, hər cəmiyyətdə intelektuallar da olub, adi insanlar da. Yalnız avtoritar idarə edənlər elə bilirlər, onlar qadağan və həbslərlə bu prosesi əllərində saxlaya bilirlər. Amma tarix bunun əksini deyir. Hər hansı hüquq pozuntusunda qeyri-əxlaqi nəsə tapmaq olar. Amma əxlaqla problemli olan bir şey hüquq pozuntusu deyil”.

“Bizdə əxlaq polisi varmı?”

“Hər kəs yalnız konkret törətdiyi hüquq pozuntusuna görə təqib edilməlidir. Əks halda, bu edilən sosial mühəndisliklə məşğul olmaq olacaq. Bizdə əxlaq polisi varmı? Ya polisimiz artıq əxlaq polisi funksiyasını yerinə yetirir? Məncə, qadağalarla, həbslərlə, sosial mühəndisliklə məşğul olmaq, “yel dəyirmanı” ilə savaşmaq kimi bir şeydir”, – hüquqşünas bildirib.

“Bunun əsası “Media haqqında” Qanunla qoyulub”

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev Meydan TV-yə bildirib ki, həm media, həm də sosial şəbəkələr üzərində nəzarət daha da gücləndirilir.

Onun sözlərinə görə, bunun əsası “Media haqqında” Qanunla qoyulub:

Mehman Əliyev
Source: Foto: Meydan TV
“”Media haqqında” Qanun qəbul olunanda dəfələrlə danışdım, yazdım ki, bu qanun kütləvi informasiya vasitələri haqqında qanun deyil. Bu qanun birbaşa sosial şəbəkələrə yönələcək. Təəssüflər olsun ki, çoxları bunu eşitmədi. Ona görə də bu gün sosial şəbəkələr hədəfdədir. Əslində, Azərbaycanda azad media, demək olar ki, qalmayıb. Biz onu görmürük. Televiziyaları, qəzetləri, onlayn medianın əksəriyyətini nəzarətə götürməyə başlayıblar. Televiziya kanalları tam nəzarətdədir. Əsas güc sosial şəbəkələrin üzərinə düşür. Ona görə də sosial şəbəkələrə qarşı təzyiq siyasəti davam edəcək”.

“Qanunvericiliyin praktikada tətbiqi hüquq mühafizə orqanlarına özbaşınalıq etməyə şərait yaradır”

Hüquqşünas Səməd Rəhimli polisin hazırkı şərtlərdə hüquq pozuntusu ilə hərəkət etdiyini güman edir:

Səməd Rəhimli
Source: arxiv
“İstənilən sosial media ilə əlaqədar hüquqi tənzimləmələr Azərbaycan qanunvericiliyi çərçivəsində aydın və müəyyən deyil. Bu səbəbdən də polis orqanları daxil olmaqla, bu sahədə səlahiyyətli olan hüquq mühafizə orqanları davamlı olaraq hüquq pozuntularına yol verirlər”.

“Azərbaycanda sosial media ilə bağlı qanunvericilik mövcud olsa da, həmin qanunvericiliyin hüquqi keyfiyyəti bərbad vəziyyətdədir. Həmin qanunvericiliyin praktikada tətbiqi də hüquq mühafizə orqanlarına özbaşınalıq etməyə şərait yaradır. Belə olan halda tiktokerlərin ictimai qayda və ictimai mənəviyyat əleyhinə inzibati xətalardan bir və ya bir neçəsini törətməsi (internet informasiya ehtiyatları qanunvericiliyin pozuntusu, uşaqların zərərli vərdişlərdən qorunması qanunvericiliyinin pozuntusu, xırda xuliqanlıq və sair) şübhəsi ilə tutulması və onlar barəsində görülə biləcək mümkün tədbirlər böyük ehtimalla həm Azərbaycan qanunvericiliyinə, də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq insan hüquqları hüququ ilə nəzərdə tutulan ifadə azadlığı standartlarına zidd olacaq”, – Səməd Rəhimli belə deyir.

Check Also

İlham Əliyev: “Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir”

“Rusiya vaxtında üzr istəmək əvəzinə birinci üç gün ərzində cəfəng versiyalar səsləndirib” Prezident İlham Əliyev …