Boyukmillet.com Moderator.az-a istinadən Belarusda baş verən son hadisələrlə bağlı Psixoloji Portretologiya və Siyasi Analizlər mərkəzinin rəhbəri Adıgözəl Məmmədovun təhlilni diqqətinizə çatdırır.
2014-cü ildə Kiyevdə olduğu kimi, Belorusda da Maydan hərəkatına bənzər hadisənin təkrarlanacağı barədə danışmaq hələ tezdir. Amma etiraz hərəkatını o nöqtəyə daşıya biləcək gərgin məqamlar da az deyil. Bu məqamlar hansılardır:1. Qərb hələlik seçkinin nəticələrini tanımır. Avropa Komissiyasının sədri Ursula von der Ljaenin seçki bülletenlərinin yenidən sayılmasını vacib sayır;2. ABŞ Dövlət Departamenti zorakılıqdan narahatdır və bəyanatla çıxış edir;3. Polşa AB-nin xüsusi iclasının çağırılması tələbini irəli sürür;4. A.Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovskaya sülhə çağırsa da, özü seçkinin nəticələrini tanımır və ən azı onun tərəfdarları mövqelərindən geri çəkilmirlər;5. Müxaliflər, 2014-cü ildə Kiyevdə olduğu kimi, mərkəzi meydana daxil olmağa çalışır;6. Etirazçılarla hökumətin xüsusi təyinatlı qüvvələri arasında qarşıdurma getdikcə kəskinləşir, barrikadalar qurulur;7. Çevik polis qüvvələri barədə şəxsi məlumatların sosial şəbəkədə yayılması baş verir;8. Təhlükəsizlik güclərini psixoloji cəhətdən tərk-silah etmək üçün ehtiyatda olan zabitlərə, keçmiş xüsusi təyinatlılara müraciətlər olunur, onlar etirazçılara dəstək verməyə çağırılır;9. Bir etirazçının öldürüldüyü barədə məlumat yayılır. Bu, artıq Gebbels nəzəriyyəsidir: “Yalan elə dəhşətli olmalıdır ki, onu təkzib etmək mümkün olmasın”;10. Üsyanı yatırmaq üçün guya Belorusa gələn Rusiyanın xüsusi təyinatlıları barədə (dezininformasiya olması daha ağlabatandı) şayiələr yayılır .Yeri gəlmişkən, 2014-cü ildə Kiyevdə belə dezinformasiya ildırım surətilə yayılaraq, millətçiləri hərəkətə keçirdi və silahlı müxalifəti formalaşdırdı;11. A.Lukaşenkonun qaçması barədə ardı-arası kəsilməyən və dövriyəyə buraxılan dezinformasiyalar; 12. MSK üzvlərinə, məmurlara, polisə, xüsusilə, əyalət şəhərlərində mülki hücumların təşviq edilməsi;13. Daxili qoşunların hərəkət yolunu bağlamağa cəhdlər;14. Etirazçılara informasiya dəstəyinin Polşadan NEXTA və NEXTA Live tərəfindən təmin edilməsi. KİV-də 10 dəqiqədən bir, xüsusən etirazçılara qarşı zoraaakılığa və şiddətə fokuslanan yeni süjetlərin yayılması;15. “SOROS İnternational” hadisələrə cəlb olunur. Ukraynadan olan deputatlar, ilk növbədə, sağçılar – Natalia Morar Minskinin “Yeni Maydanı”nı açıq dəstəkləyir;16. Belorusdakı mövcud hakimiyyət Polşa və Böyük Britaniyadan alınan təlimatların və yüzlərlə zəngin izahını tələb edir. Etirazların kənardan koordinasiya olunduğu göz önündədir;17. Küçələrə çıxan etirazçıların əsas hissəsi gənclər və qismən də Minskin orta təbəqəsidir;18. “Yaşasın Belorus”, “Batka, rədd ol!” şüarları daha çox eşidilir və ya tirajlanır;19. Narıncı təlimatlar işə düşür – necə geyinmək, etiraz qruplarını necə təşkil etmək, polisə necə hücum etmək;20. Təhlükəsizlik qüvvələrini yayındırmaqdan ötrü etirazçıların kiçik qruplar halında paytaxtın perimetri üzrə səpələnməsi təşkil edilməyə çalışılır.
Amma onu da etiraf etmək lazımdır ki, Maydanda müşahidə etdiyimiz elementlər Belorusda hələ mövcud deyil. Bunlar:- həlledici məqam – müqəddəs qurban yoxdur. Belə bir sui-qəsdin qarşısını almaq məqsədilə dünən Tixanovskaya Litvaya göndərildi; – müqavimətçilərin onlarla cəsədinın ortaya çıxarılması;- “azyaşlılara qarşı şiddət” texnologiyasının işə salınması; – müxalifətə atəş açan gizli snayperlərin görüntüləri;- təhlükəsizlik qüvvələrinin, məmurların “Minsk Maydanı”nın tərəfinə keçməsi; – xaricdən ehtimal olunan iqtisadi sanksiyalar; – Lukaşenkonun təyyarəsinin naməlum istiqamətə uçuşu.
Check Also
İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb
“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …