Bazar , 19 May 2024
Drone Cameras

Tokio-2020: Azərbaycanın daha 4 idmançısı mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 4 idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Boyukmillet.com xəbər verir ki, növbəti yarış günündə əvvəlcə cüdoçular – Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Hüseyn Rəhimli (81 kq) qüvvəsini sınayacaq.

Vəliyeva Dayana Fedosova (Qazaxıstan) / Halithon Husan (Qırğızıstan), Hüseynova Hiroko Kudo (Yaponiya) – Liana Mutia (ABŞ), Rəhimli isə Daniel Pouel (Böyük Britaniya) / Harli Pereyra (Braziliya) cütünün qalibi ilə qarşılaşacaq.

Daha sonra isə Azərbaycan para-atleti Həmid Heydəri nizə atma növü üzrə mübarizəyə qoşulacaq.

Tokio-2020 Yay Paralimpiya Oyunları

Cüdo

Qadınlar

57 kq

05:30. Sevda Vəliyeva – Dayana Fedosova (Qazaxıstan) / Halithon Husan (Qırğızıstan) cütünün qalibi

63 kq

05:30. Xanım Hüseynova – Hiroko Kudo (Yaponiya) – Liana Mutia (ABŞ)

Kişilər

81 kq

05:30. Hüseyn Rəhimli -Daniel Pouel (Böyük Britaniya) / Harli Pereyra (Braziliya) cütünün qalibi

Atletika

Nizə atma

14:00. Həmid Heydəri

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …