Cümə , 17 May 2024
Drone Cameras

Tovuzdakı vergi ödəyicilərinə xidmət mərkəzi 20 gün fəaliyyət göstərməyəcək

Sabahdan başlayaraq 20 gün ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Tovuz rayonundakı vergi ödəyicilərinə xidmət mərkəzi cari təmir işləri ilə əlaqədar fəaliyyət göstərməyəcək.

“Göstərilən xidmətlərin əksəriyyətinin elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmağınız, gələcəkdə vaxtınıza qənaət edilməsi məqsədilə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq bildiririk ki, 14 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) uçotda olan Tovuz rayonu üzrə vergi ödəyiciləri qeyd edilən müddətdə üzbəüz xidmətlərdən yararlanmaq üçün həmin ƏVİ-nin nəzarət əhatəsinə daxil olan Şəmkir şəhəri, Heydər Əliyev prospekti 5 (14 saylı ƏVİ-nin inzibati binası, iş günləri saat 09:00-dan 18:00-a qədər, fasiləsiz), Qazax şəhəri, S.Arixov küçəsi (iş günləri saat 09:00-dan 14:00-a qədər, fasiləsiz), Ağstafa şəhəri, Qarabağ məhəlləsi, R.Əsədov küçəsi, (iş günləri saat 09:00-dan 14:00-a qədər, fasiləsiz) və Gədəbəy şəhəri, 20 yanvar küçəsi, (iş günləri saat 09:00-dan 14:00-a qədər, fasiləsiz) ünvanlarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər”, – deyə qurum bəyan edib

Check Also

Naxçıvanda sahibkarlara verilən kreditlərin həcmi 3 dəfəyə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında özəl sektora dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın …