Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

“Traktor”dan dünya rekordu

İranın “Traktor” futbol klubu rekorda imza atıb.

APA -nın məlumatına görə, Təbriz təmsilçisi ötən həftəsonu keçirilən oyunlarda ən azarkeş toplayan komanda adına yiyələnib.

Klubun “İstiqlal”la görüşünü 100 min tamaşaçı seyr edib. Bu həftəsonu üçün dünya rekordu olub.

Almaniya Bundesliqasının Dortmunddakı “Borussiya” – “Volfsburq” qarşılaşması 80 min 200 tamaşaçı toplamaqla 2-cidir. İspaniya La Liqasının “Real” – “Betis” görüşü siyahıda üçüncüdür – 70 min 375.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının X turunun rekordunun qeydə alındığı “Neftçi” – “Qarabağ” oyununu cəmi 3000 tamaşaçı izləyib.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …