Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Tramp: ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər

ABŞ-nin NATO-dakı müttəfiqləri, yeni razılaşmalara əsasən, Amerika silahlarının Ukrayna üçün pulunu tam ödəyəcəklər.

Boyukmillet.com-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində deyib.

Biz NATO-ya silah göndəririk və NATO bu silahlara görə pulu 100 % ödəyir. Biz silahları NATO ölkələrinə göndərəcəyik və sonra alyans bu silahları Ukraynaya verəcək, NATO isə bu silahların pulunu ödəyəcək”, – o bildirib.

Amerika lideri Şimali Atlantika Alyansının iyun ayında keçirilən sammitində ABŞ silahlarının Ukraynaya tədarükü ilə bağlı bu prosedura dair razılaşmaların əldə edildiyinə diqqət çəkib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …