Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Tramp: ABŞ noyabrın 1-dən Çin mallarına 100 % rüsum tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Çinə gömrük rüsumlarını 100 % artıracaq və noyabrın 1-də və ya ondan əvvəl ixrac nəzarəti tətbiq edəcək.

Boyukmillet.com-məlumatına görə, o, bununla bağlı “Truth Social”da paylaşım edib.

Trampın sözlərinə görə, Çinin son dərəcə aqressiv mövqe tutduğu sonradan məlum olub. O, noyabrın 1-dən etibarən Çinin istehsal etdiyi bütün məhsullara ixrac nəzarəti tətbiq edəcəyini açıqlayıb. ABŞ Prezidentinin fikrincə, bu illər əvvəl hazırlanmış planın bir hissəsidir.

Tramp buna cavab olaraq bildirib ki, noyabrın 1-dən və ya ondan əvvəl Pekinin hərəkətlərindən asılı olaraq, ABŞ hazırda Çinə tətbiq edilən istənilən tarifləri 100 % artıracaq və bütün kritik proqram təminatına ixrac nəzarəti tətbiq edəcək.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …