Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Tramp bir daha Putinin onu məyus etdiyini bildirib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən məyus olduğunu bir daha təkrar edərək, Rusiya-Ukrayna müharibəsinin həllinin Yaxın Şərqdəki münaqişədən daha çətin olduğunu vurğulayıb.

Boyukmillet.com-un məlumatına görə, o, bunu Ağ Evdə Kanadanın Baş naziri Mark Karni ilə görüşü ərəfəsində jurnalistlərə açıqlamasında deyib.

Trampın sözlərinə görə, o, əvvəlcə Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətinə görə münaqişənin həllinin ən asan olacağını gözləyirdi.

“Mən ondan (Vladimir Putin – red.) çox məyus oldum, düşünürdüm ki, bu (münaqişənin – red.) həlli asan olacaq. Amma məlum oldu ki, bu, Yaxın Şərqdən daha çətindir, ona görə də nə olacağını görəcəyik”, – ABŞ Prezidenti deyib.

Ağ Ev rəhbəri yaxın vaxtlarda Cənubi Koreyada Çin Sədri Si Cinpinlə görüşü gözlədiyini də açıqlayıb. O, həmçinin Demokratlar Partiyasını ABŞ hökumətinin işini pozmaqda ittiham edib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …