Qərb mətbuatı onun prezidentliyə hazırlaşdığını yazır
Son günlərdə Qərb mətbuatında ABŞ prezidenti Donald Trampın vəzifədən vaxtndan qabaq gedəcəyi barədə söz-söhbətlər yenidən qızışıb.
Qəzetlər artıq Ağ Evin növbəti sahibinin adını da “dəqiqləşdiriblər”. Təbii ki, bu ABŞ konstitusiyasına görə prezidentin təyin olunmuş müddətdən qabaq getməsi halında onun yerinə keçəcək vitse-prezident Maykl Pensdən başqası deyil.
“Son zamanlarda vitse-prezident Maykl Pensin Donald Trampı əvəz edəcəyi ilə bağlı ümidlərni artırdığı barədə şayiələr dolaşır”, -Almaniyanın Sueddeutsche Zeitung qəzetinin yazarı Beate Vild yazır.
Müəllif Maykl Pensin son vaxtlarda Respublikaçılar partiyasının iri sponsorları ilə tez-tez görüşlər keçirdiyinə diqqət çəkir:
“Vitse-prezident ABŞ hərbi-dəniz observatoriyasında yerləşən rezidensiyasında bank menecerləri, sənaye maqnatları, lobbiçilər və müxtəlif mühafizəkar siyasətçilərlə xüsusi görüşlərə qatılır. Bütün hallarda Pensin öz partiya tərəfdaşları ilə kontaktları sıxlaşdırdığı aşkar surətdə görünür”.