ABŞ Prezidenti Donald Tramp ona dəstək aksiyasında iştirak etmək üçün paytaxt Vaşinqtona gələn tərəfdarlarına minnətdarlığını ifadə edib.
Boyukmillet.com xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı özünün tvitterdəki səhifəsində yazıb.
“Vaşinqton cürətlənmiş solçu radikal demokratların qələbənin onlardan alınmasını istəməyən insanlarla tam doldu. Ölkəmiz mövcud vəziyyətdən bezdi: insanlar artıq buna dözməyəcəklər”, – deyə Tramp tvitter səhifəsində yazıb.
ABŞ rəhbəri tərəfdarlarının aksiyasını demokratlar kimi prezident seçkilərində onun məğlubiyyətinə etiraz etməyi lazımsız hesab edən respublikaçıların da görəcəyinə ümidini ifadə edib.
Trampın tərəfdarlarının aksiyası yerli vaxtla çərşənbə gününə planlaşdırılıb. Aksiya ilə paralel şəkildə Vaşinqtonda ABŞ Konqresi prezident seçkilərinin nəticələrinin təsdiq olunması üçün toplaşacaq. Konqres üzvlərinin demokrat Co Baydenin qələbəsini elan edəcəkləri gözlənilir. Ancaq bəzi respublikaçılar demarş təşəbbüsü niyyətindədirlər ki, bu proses ləngisin və asan keçməsin.
Tramp seçkiləri məhz özünün udduğunu iddia etməyə davam edir. O, hesab edir ki, yalnız genişmiqyaslı pozuntular və saxtakarlıqlar Baydenin qələbəsini təmin edib.