ABŞ prezidenti Donald Tramp Senatda onun müharibə səlahiyyətlərini məhdudlaşdıran qətnamənin qəbuluna münasibət bildirib.
Boyukmillet.com xəbər verir ki, o, özünə məxsus “Truth Social” hesabında qətnamənin vaxtsız və mənasız olduğunu, onu dəstəkləyən senatorların isə beləliklə, Vaşinqtonun düşmənlərinə kömək etdiklərini yazıb:
“Bu senatorlar mənim işimi daha da çətinləşdiriblər, amma mən bu və ya digər şəkildə bunun öhdəsindən gələcəyəm, çünki həmişə belə edirəm”.
Amerika lideri vurğulayıb ki, Tehran artıq Vaşinqtona “demək olar ki, hər şeyi verməyə, onilliklər ərzində ilk dəfə ABŞ-a və onun prezidentinə hörmət göstərməyə” hazırdır.
Xatırladaq ki, dünən ABŞ Nümayəndələr Palatasının Trampın İrana qarşı müharibəni davam etdirməsinin qarşısını alan qətnaməsi Senatda da səsvermədən keçib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
