Çərşənbə , 24 İyun 2026
Drone Cameras

İsmayıllıda meşədə külli miqdarda narkotik aşkarlanıb

İsmayıllı rayonunda meşə ərazisində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 44 yaşlı Rəşad Mazanov saxlanılıb. Ondan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə meşəlik ərazidə gizlətdiyi müəyyən olunub.

Keçirilən digər əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 36 yaşlı Paşa Usubov tutulub. Onun yaşadığı ünvandan 31 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Check Also

İranla sərhəddə əməliyyat – DSX MƏLUMAT YAYDI

İrandan Azərbaycana 41 kq narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …