Bazar , 15 Noyabr 2026
Drone Cameras

Tramp prezidentlik fəaliyyəti barədə kitab yazır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövlət başçısı olduğu dörd illik fəaliyyəti ilə bağlı kitab yazır.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Newsmax TV”yə müsahibəsində bildirib.

“Bəli, mən onları (xatirələri – Red) yazıram. Görəcəksiniz, bu çox güclü olacaq”, – deyə o, jurnalistin müvafiq sualını cavablandırıb.

Tramp əlavə edib ki, onun kitabı naşirlər tərəfindən böyük maraq doğurub.

Eyni zamanda, ABŞ-ın 45-ci prezidenti öz xatirələrinin dərc olunma vaxtını, eləcə də orada işıqlandırılacaq mümkün mövzuları qeyd etməyib.

Check Also

“Meta” 805 milyon avro məbləğində cərimələndi

İtaliya “Meta”nı 805 milyon avro məbləğində cərimələyib.Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Fərdi …