Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vüqar Cəfərov özünə məxsus “Ford” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb və Polis Şöbəsinə gətirilib.

Nəqliyyat vasitəsinə,həmçinin onun üzərinə baxış keçirilən zaman şprislər və külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …