Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Trampa xəbərdarlıq… Sanksiyalar ABŞ-ı İranla müharibəyə sürükləyir

img

ABŞ prezidenti Donald Tramp İrana daha ağır sanksiyalar tətbiq edəcəyi halda, ABŞ-ı yeni bir müharibəyə sürükləyəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə “New York Times” nəşrində dərc edilən məqalədə deyilir. “Tramp İrana daha çox sanksiya tətbiq etmək istəyir. Bu, bizi müharibəyə sürükləyə bilər” başlıqlı yazıda İrana qarşı yeni sansiyalar və təsirləri geniş təhlil edilir.

Tramp ötən il Livanın Hizbullah təşkilatına gedən maliyyə yardımını kəsmək üçün İran neftinə sanksiya tətbiq edib, Çin, Hindistan, Türkiyə, Cənubi Koreya və Yaponiya kimi böyük alıcı ölkələri bu məsələdən kənarda saxladı. Tehranın bu sanksiyalar qarşısında səssiz qalmasında güc alan Trampın, indi də sözügedən ölkələrə İrandan neft idxal etmələrini dayandırmaq üçün təzyiq göstərməyə başladığı bildirilir.

Tramp hökuməti İsrail və müttəfiqləri adına bölgədəki fəaliyyətinə görə İranı cəzalandırmaq istəyir.

Qeyd edilir ki, İrana qarşı artan sanksiyalar ABŞ-ın özü üçün təhlükəli bir hal almağa başlayıb. Bu təxribatçı sanksiyalar İranı yenidən böyük ölçüdə uranın zənginləşdirməsinə və amerikalılara qarşı hücuma yol aça bilər. ABŞ-ı, Donald Trampın qarşısını almağa çalışdığı yeni bir Yaxın Şərq savaşına sürükləyə bilər.

Rəsmi Tehranın sanksiyalara qarşı ilk mərhələdə  2020-ci ildə Trampın yenidən prezident seçilməməsi ümidilə gələcək 18 ay böyunca gözləmə mövqeyi seçə biləcəyi qeyd edilən məqalədə, Tramp təkrar seçiləcəyi halda İranın sərt cavab verə biləcəyi, bu vəziyyətdə Trampın hücumları gözardı etmək və ya cavab verərək yeni bir müharibənin başlanması arasında seçim etmək məcburiyyətində qala biləcəyi iddia edilir.

“Tramp hökumətinin nəzərə aldığını düşünmədiyimiz şey qarşıdurmanın ehtimal edilməsidir. Çünki ABŞ İrana məhdud seçimlər verir. ABŞ dövlət katibi Mayk Pompeo hökumətin müzakirələrə açıq olduğunu bildirərkən Tehranın mövcud xarici siyasətindən tamamilə imtina etməsini tələb edən şərtlər siyahısı təqdim edir. Bu siyahıda iranın nüvə başlıqlı raket istehsalından İsrailə qarşı düşmən münasibətdən imtina etməsinə qədər tələblər yer alıb” –  məqalədə deyilir.

 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir