Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Trampın silahdaşının qətlindən sonra Ağ Ev mühasirəyə alınıb

ABŞ-nin Yuta ştatında sağçı fəal Çarli Kirkin öldürülməsindən sonra Ağ Evin ətrafında müdafiə qurğuları quraşdırılıb və bir neçə küçə bağlanıb.

Bu barədə Boyukmillet.com “The Washington Post”a istinadən məlumat verir.

Hadisə sentyabrın 10-da baş verib.

Çarli Kirk Yuta Vadisi Universitetinin kampusunun həyətində çıxış edərkən güllələnib. Güllə onun boynuna dəyib. Fəal daha sonra xəstəxanada vəfat edib.

Şahidlər nəşrə bildiriblər ki, universitetdəki tədbir iştirakçılarının çantaları yoxlanılmayıb. Bununla belə, polis və Çarli Kirkin şəxsi mühafizəçiləri də orada olub.

Çarli Kirk Respublikaçılar Partiyasını və ABŞ Prezidenti Donald Trampı dəstəkləyirdi. O, tez-tez media platformalarında çıxış edir, kolleclərdə mühazirələr oxuyur və debatlar keçirirdi.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …