Şənbə , 13 Dekabr 2025
Drone Cameras

TRT-nin rəhbəri dəyişib

Türkiyənin Radio və Televiziya Qurumunun (TRT) rəhbərliyində dəyişiklik olub.

Boyukmillet.com “Resmi Gazete”yə istinadən xəbər verir ki, TRT-nin İdarə Heyətinin sədri vəzifəsinə Ferudun Yılmaz təyin edilib. Müvafiq sərəncamı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Bundan öncə bu vəzifəni Ahmet Albayrak tutub.

Bununla yanaşı, Mehmet Zahid Sobacı yenidən baş direktor və İdarə Heyətinin üzvü təyin edilib.

Check Also

Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər …