Cümə axşamı , 16 Aprel 2026
Drone Cameras

Trüdo İsraili Qəzzanın dinc sakinlərini müdafiə etməyə çağırıb

Kanadanın Baş naziri Castin Trüdo İsraili Qəzzanın dinc əhalisini müdafiə etmək üçün bütün səyləri göstərməyə çağırıb.

Boyukmillet.com xəbər verir ki, xəbər verir ki, bunu hökumət başçısı jurnalistlərə bildirib.

“Biz qətiyyətlə israr edirik ki, İsrail hətta beynəlxalq hüquqa uyğun olaraq qanuni özünümüdafiə haqqından istifadə edərək HƏMAS-ı təqib edəndə də Qəzzanın mülki əhalisini qorumaq üçün hər cür səy göstərsin”, – Kanada lideri söyləyib.

Trüdo xatırladıb ki, Kanada Qəzzaya humanitar yardımların çatdırılması üçün Fələstin-İsrail münaqişəsi zonasında atəşkəsin tərəfdarıdır.

Check Also

ABŞ İranın dəniz blokadasını keçməyə çalışan 10 gəmini istiqamətləndirib

İrana qarşı dəniz blokadası tətbiq ediləndən bəri, ABŞ ordusu onu keçməyə çalışan 10 gəmini istiqamətləndirib. …