Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Türkiyə Afrinə girməyə çalışan “Hizbullah” terrorçularını bombaladı, 2 nəfər məhv edildi – Terror təşkilatı PKK/YPG-dən açıqlama

Suriyadakı Bəşər Əsəd rejimi, terror təşkilatı PKK/PYD-nin  işğalındakı Afrinə “xalq qüvvələri” kimi səciyyələndirilən bir qrupun girəcəyini açıqlamışdı.

Dünən Afrinə girməyə çalışan “Hizbullah” başda olmaqla digər terrorçu qruplar, Türkiyənin bombardımanı nəticəsində bölgədən geri çəkilmişdi.

Məsələylə bağlı PKK/YPG terrorçularının sözçüsü Nuri Mahmud açıqlama verib.

“Dünən Suriyiya hökumətinə bağlı bir qrup Afrin torpaqlarına keçib. Onlar keçər-keçməz Türkiyənin bombardmanı ilə üz-üzə qalmış və iki Suriya hökuməti tərəfdarı ölmüşdür”– Nuri Mahmud belə deyib. (avropa.info)

Check Also

Jurnalist çətin vəziyyətdə qalan qadını xilas etdi – ANBAAN VİDEO

Jurnalist Şəmistan Fikrətli çəkiliş zamanı yolda köməksiz vəziyyətdə qalmış qadın sürücü ilə qarşılaşıb və dərhal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir