Çərşənbə , 25 Dekabr 2024
Drone Cameras

Türkiyədə gündəmi sarsıdacaq açıqlama: “FETÖ kimi daha bir təşkilat var”

“FETÖ-nün öz üzvlərindən də gizlətdiyi bir təşkilat var. Sayı min nəfərə çatar. Hamısı uşaqlıqdan tanınılıb yetişdirilən şəxslərdir. Təşkilatdakı insanların gördükləri işlər cinayətə dönüşə bilər. Bu gizli təşkilatdan 10 nəfəri dayandırsaz təşkilat çökər”

Boyukmillet.com xəbər verir ki, bu açıqlamanı illər əvvəl FETÖ-nü ilk deşifrə edən şəxslərdən biri olan sabiq polis rəisi Hanefi Avcı verib. “Takvim” qəzetinə müsahibə verən Hanefi Avcının FETÖ ilə bağlı açıqlamaları xeyli müzakirəyə səbəb olacaq.

Hanefi Avcı FETÖ-nün gizli təşkilatlanması haqda bunları deyib:
“FETÖ-nün iki təşkilatlanması var. Birincisi leqal təşkilatlanma. Məktəblərin açılması, şirkətlərin qurulması, xarici əlaqələrin yaradılması kimi. İkincisi isə öz təşkilatından da, dövlətdən də gizlədilən qurumdur. FETÖ bu gizli təşkilatı öz üzvlərindən də gizlədər. FETÖ daxilində bilmədən də deşifrə oluna bilər, dövlətin kəşfiyyatı da bunu bilə bilər. Mövcud təşkilatlanmadan gizlədilmiş bir təşkilat da qurulub. O gizli təşkilatı qura biməzəsinizsə bu sistem dağılar, çökər.

Polis, ordu, kəşfiyyat, məhkəmə və digər dövlət qurumlarında mövcud olan gizli təşkilat strukturudur. Buradakı insanların gördükləri işlər cinayətə dönüşə bilər. Dövlət idarələri daxilində məlumatları oğurlayırlar, bir sıra fəaliyyətlərə qarışırlar. Bunlar böyük cinayətlər olduğu üçün bu fəaliyyətlərinin gizlədilməsi lazım olur. Dövlət orqanlarında xidmət edir, amma dövlətdən gizli işlər də görürlər. Dövlətin içində dövlət kimi bir strukturdur, amma tamamilə gizli.

Bu gizli təşkilat ilk illərdən bəri quruldu. Əvvəlcə kiçik, zaman keçdikcə böyük bir təşkilat olub. Hətta son dövrdə bu təşkilatlanmanı da yedəyə qoşublar. Kripto deyilən şey əslində budur. Kripto, mövcud struktur zədə alarsa, buradakı insanlar zərər görərsə, dövlət əməliyyatlarını keçirərsə bunun əvəzinə gizli təşkilatı qoşarlar.

Məsuliyyət daşıyan şəxslər FETÖ-nün mərkəzi tərəfindən tanınan, bilinən şəxslər olmaq məcburiyyətindədir. Bu şəxslər FETÖ liderinin yaxınlarının çox yaxşı tanıdığı, kiçik yaşlardan etibarən Camaat içində qalmış etibarlı şəxslərdən formalaşdırılır. Yəni bir nəfər qəti şəkildə təşkilat daxilində məsuliyyət daşıyan şəxs ola bilməz. Fərd olaraq Fətullah Gülənin tanıdığı ilk şəxslərdir.

Sayları təxmin edilənin çox altındadır. Ən çox min nəfərdirlər. Daha böyük olmaz. Alt pillədəkilərlə birlikdə min nəfərdirlər. Alt səviyyə min nəfərdən azdır. Onurğa bu hissədir. Bu gizli təşkilatdan 10 nəfərin qarşısını alarsanızsa, təşkilat çökər.

Təşkilat 17 dekabrdan sonra idarələrdəki tərəfdarlarını itirməyə başladı. İtirdiklərini geri qaytarmağı düşündü. Özlərini dövlətin sahibi kimi görüncə itirdiklərini geri almaq istədilər.

Hərbi çevrilişi əslində ayın sonunda etməyə qərar vermişdilər. Tarixi ayın sonuna deyil, 15 iyula dəyişdirdilər. Gecə 3-də çevriliş etməyə qərar verirlər. Hava Yollarında işləyən O.K adlı şəxs planı MİT-ə xəbər verəndə MİT Baş Qərargaha gedir. Hadisələrin bu şəkildə inkişafına görə FETÖ narahat olmağa başlayır. FETÖ burada deşifrə olduğunu düşünməyə başlayır. “Bizi həbs edəcəklər”, “çevriliş planı deşifrə oldu” deyə düşünürlər.

Çevrilişin saatını dala çəkib erkən başlamaq qərarı verirlər. Bu çevrilişin xüsusiyyəti çevrilişi tamamilə mülki imamların idarə etməsidir. Hərbi komandirlərə sadəcə tapşırıq verdilər. Bu çevrilişin komandiri yoxdur. Əsil idarə edəcək şəxslər “Akıncı” bazasına gedib orada yerləşdilər. Çevrilişi oradan koordinasiya edirdilər və Amerika ilə rabitə əlaqəsi saxlayırdılar.

Bu təşkilat yeraltına enəcək. Dərnəkləri, qəzetləri olmayacaq. Amma gizli vasitə ilə bir-birindən xəbərləri olacaq. Əllərində çox ciddi dövlət məlumatları var. Bu məlumatlar dünyadakı bütün silahlardan daha böyükdür. Yeri gəldikcə istifadə edəcəklər.

Çevriliş baş tutacağı halda nə olacağını yazışmalarından öyrənirik. Hərbi vəziyyət məhkəmələri quracaqlarını yazırlar. Özəl məhkəmələrdə adamları olmadığı üçün hərbi vəziyyət məhkəmələrinə adam yerləşdirmişlər. Mövcud iqtidarı konstitusion xətdən çıxmış şəkildə göstərib hamısını mühakimə edəcəkdilər. Yəni bütün dövlətə hakim olacaqdılar. Bütün hakimiyyətin arxa səhnəsində özləri olacaqdı.

Daha öncə başlatdıqları “Ergenekon”, “Balyoz”, “Cəsusluq” işlərini həmən fəaliyyətə keçirəcəkdilər. Bunları başladınca özlərinə qarşı olan müxalifəti tamamilə aradan qaldıracaq və müzakirəsiz iqtidar olacaqlardılar. Bunlar mətbuat və təbliğat işini çox yaxşı istifadə edən şəxslər olduqları üçün bütün bəyənmədikləri, yarım qalan hər şeyi bitirəcəkdilər. Özlərinin bəyənmədikləri, ergenekoncu saydıqları, qeyri-milli hesab etdikləri bütün ünsürləri təmizləyəcəkdilər. Bu məsəlləri çox yaxşı təbliğat vasitəsi ilə görər, problem yaşamazlardı. Hər binada, hər küçədə camaatçı olduğu üçün ilk kontaktda oraya məlumat gedəcəkdi və problem yaşamayacaqdılar. Cəmiyyətin təzyiqi iliklərinə qədər hiss edəcək bir sistem quracaqlardı.

Planlarına görə, “baş nazir kim olacaqdı” onu bilmirik, amma özlərinin bildiyi xaricə simpatiya ilə baxan bir kabinet formalaşdırırlar. Partiya qurarlar. Prezident, baş nazir bunların hamısı simvolik olacaq və hamısı Fətullah Gülənə biət etmiş olacaqdı. Hər kəs bu adamlara bağlı olacaqdı.

100%-lik hakimiyyət təmin olunduqdan sonra Türkiyədə hər şey istədikləri kimi olardısa, Fətullah Gülən Türkiyəyə qayıdacaqdı. Arxa səhnədə idarə edən o, olacaqdı”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir