Türkiyə Müdafiə Naziri Fikri İşıq ABŞ-ın PYD ilə bağlı verdiyi sözü yerinə yetirməməsi halında rəsmi Ankaranın müvafiq qərarlar verməkdə tərəddüd etməyəcəyini deyib.
Avropa.info xəbər verir ki, İşıq Rakka əməliyyatına PKK-nın Suriya qolu PYD/YPG-nin iştirakına qarşı olduqlarını bildirib.
“Bunun olmamasının lazımlığını deyirik. Alternativ məsələsində Türkiyənin bu alternativi həll etmək qabiliyyəti var. O bölgə Azad Suriya Ordusu tərkibində kifayət qədər gücün formalaşdırılacağını bəyan edirik. ABŞ-ın bu məsələdəki davranışının dəyişməsini istəyirik.”
İşıq Münbiçteki PKK/PYD qruplarından da danışıb.
“ABŞ bu məsələdə sözünün arxasında durduğunu deyir. Bu saatdan sonra təkcə sözə deyil, icraata baxmaq məcburiyyətindəyik. Bir an əvvəl verdikləri vədləri yerinə yetirsinlər. Yoxsa Türkiyə nə lazımdırsa etməkdə tərəddüd etməz.”
Check Also
Dövlət Komissiyası: Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb
Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb. Boyukmillet.com xəbər verir ki, …