Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror qruplaşmalarına qarşı xalqı birləşməyə çağırıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Beştəpədə toplantı keçirən ölkə başçısı vətəndaşlara səslənərək, milli səfərbərlik elan etdiyini deyib. O bildirib ki, adını qeyd etdiyi terror qruplaşmaları ilə bağlı hər hansı məlumatı olan şəxslər hüquq-mühafizə orqanlarına xəbər verməlidirlər. Prezident “ Terrorla mübarizə məsələsində bizə irad bildirənlərin özlərinin terrorla üz-üzə qaldıqlarını və nə etdiklərini bilirik”,- deyib.
Daha sonra PKK terror təşkilatına, FETÖ-yə və İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlardan danışan Ərdoğan bildirib ki, ölkə daxilində və xaricdə keçirilən əməliyyatlar zamanı PKK 9 min 500 itki verib və onların arasında liderlər də olub. Statistik rəqəmləri açıqlayan Ərdoğan “PKK-ya qarşı keçirilən əməliyyatlarda 40 min saxlanılan, 10 min 500 həbs edilən var. Bundan başqa, İŞİD 1800-ə yaxın itki verib. FETÖ əməliyyatlarında isə məhbusların sayı 40 mini keçib”,- deyib.
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …