Bazar ertəsi , 23 Mart 2026
Drone Cameras

Türkiyədə terror hücumunda yaralanan icra başçısı öldü (YENİLƏNİB-3)

Ötən gün PKK terrorçularının Türkiyənin Mardin vilayətinin Derik rayonunda yerli icra orqanına məxsus inzibati binaya açdığı raket atəşi nəticəsində xəsarət alan icra başçısı Məhəmməd Fatih Safitürk bu gün Ankara xəstəxanasında dünyasını dəyişib.

Bu barədə Trend “Habertürk” qəzetinə istinadən məlumat verir.

Xatırladaq ki, hadisə nəticəsində 3 nəfər yaralanmışdı.

X X X

15:03

PKK terrorçularının Türkiyənin Mardin vilayətinin Derik rayonunda yerli icra orqanına məxsus inzibati binaya açdığı raket atəşi nəticəsində 3 nəfər yaralanıb.

Hadisə nəticəsində xəsarət alan icra başçısı Məhəmməd Fatih Safitürk Ankara xəstəxanasına aparılıb.

X X X

13:49

PKK terrorçuları Türkiyənin Mardin vilayətinin Derik rayonunda yerli icra orqanına məxsus inzibati binaya raket atıblar.

Trend-in “Haber 7” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Onların arasında icra başçısı Fatih Safitürk də var. Onun yüngül xəsarət aldığı deyilir.

Partlayışdan sonra ərazidəki təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma olub.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası göndərilib.

Check Also

İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib

İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir