Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar təsdiq edildi

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yeni qaydalar tətbiq ediləcək. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən ”Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq. Təklif edilən dəyişikliyə əsasən, sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət gücləndiriləcək. Dəyişiklikdə imtahan prosesinin videoçəkilişinin aparılması nəzərdə tutulur.

Dəyişikliklər Milli Məclisdə müzakirə edildikdən sonra qəbul edilib.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir