Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Jandarm Komandanlığının 153, Sahil Mühafizə Xidmətinin isə 112 əməkdaşı tutduğu vəzifədən kənarlaşdırılıb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlar FETÖ ilə dolayı və birbaşa əlaqədə şübhəli bilinirlər.
Məlumata görə, tutduqları vəzifədən uzaqlaşdırılan jandarmların 42-si zabit, 56-sı gizir, 30-u ixtisaslı çavuş, 17-si sıravi mütəxəssis, 8-i isə məmur, sahil mühafizə xidmətində işdən çıxarılanların 52-si zabit, 58-i gizir, biri ixtisaslı sıravi, biri isə məmur olub.
Check Also
İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib
İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …
Boyukmillet.com Biz yanmasaq vətən yanar